Juninyodan Meksikada möhtəşəm qol - Video
Ağdamın "Qarabağ" klubunun sabiq hücumçusu Juninyo hazırda çıxış etdiyi "Pumas" komandasının heyətində baxımlı qola imza atıb.
Axar.az Qol.az-a istinadla xəbər verir ki, 29 yaşlı braziliyalı forvard Meksika çempionatının 17-ci turu çərçivəsində baş tutan "CF Amerika" ilə gərgin səfər matçında (3:3) komandasının ilk qolunu vurub.
Bu dəqiq zərbə hücumçunun Meksika çempionatında meydana çıxdığı 18-ci oyunda vurduğu 8-ci qol kimi qeydə alınıb.
Qeyd edək ki, 2023-cü ilin yayından 2025-ci ilin əvvəlinə qədər "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub.
O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.
Oxşar xəbərlər
"Qarabağ" Juninyonun “Flamenqo”ya transfer olunduğunu açıqlayıb
Juninyonun “Flamenqo”ya transferi rəsmiləşib
"Qarabağ"ın "Flamenqo"ya keçən hücumçusu Braziliyaya yollanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
