Zelim Tçkayev: "Növbəti hədəfim dünya çempionatında qızıl medal qazanmaq olacaq"
sizinxeber.az xəbər saytı

Zelim Tçkayev: "Növbəti hədəfim dünya çempionatında qızıl medal qazanmaq olacaq"


Azərbaycan cüdoçusu Zelim Tçkayevin (81 kq) növbəti yarışlardakı hədəfi qızıl medal qazanmaq olacaq.

"Report"un Gürcüstana ezam olunan əməkdaşı xəbər verir ki, bunu idmançı özü jurnalistlərə açıqlamasında deyib.

O, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanması barədə danışıb:

"Yarımfinal görüşümdə müəyyən qədər eniş var idi. Ümumilikdə öz çıxışımdan razıyam. Millimiz medallar qazanmaqda davam edir. Və bu medallar arasında mənim medalım da yer alır. Pis nəticə deyil. Qarşıdakı yarışlara daha ciddi hazırlaşacağıq. Növbəti hədəfim dünya çempionatında qızıl medal qazanmaq olacaq".

27 yaşlı idmançı yarımfinalda gürcüstanlı Tato Qriqalaşviliyə 6-cı dəfə məğlub olmasına belə reaksiya verib:

"Bu məsələni məşqçimlə müzakirə edəcəyik. Görünür, bu dəfə də belə alındı. Bu gün rəqib daha üstün idi. Səhvlərimizi nəzərdən keçirib, onları aradan qaldırmağa çalışacağıq".

Qeyd edək ki, Zelim Tçkayev üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kasseyə qalib gəlib.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbayan cüdoçusu Zelim Tçkayev bürunc medal uğrunda görüşə çıxacaq
Avropa çempionatı: Zelim Kotsoyev qızıl medal uğrunda mübarizə aparacaq
Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın güllə atıcısı: "Avropa çempionatında medal qazanmaq üçün sona qədər mübarizə apardıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər