Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıb - YENİLƏNİB


Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Sizinxeber.az"un yarışa ezam olunan əməkdaşı xəbəri verir ki, idmançı üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kasseyə qalib gəlib.

Bununla da Tçkayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq) 1/8 finalda Szofi Ozbas (Macarıstan), eyni mərhələdə Ömər Rəcəbli (81 kq) Vasiliye Qrujiçiç (Serbiya), Murad Fətiyev (90 kq) isə 1/16 finalda Aleks Çretə (Rumıniya) uduzaraq yarışı mükafatsız başa vurublar.

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalında məğlub olub.

"Sizinxeber.az"un yarışa ezam olunan əməkdaşı xəbəri verir ki, idmançı finala gedən yolda Tato Qriqalaşviliyə (Gürcüstan) uduzub.

Bununla belə, təmsilçimiz bürünc medal qazanmaq şansını saxlayır.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) yarışı mükafatsız başa vurublar.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbayan cüdoçusu Zelim Tçkayev bürunc medal uğrunda görüşə çıxacaq
Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempionatında yarımfinala yüksəlib - YENİLƏNİB-4
Azərbaycanın daha bir cüdoçusu Zelim Tçkayev Avropa çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
Avropa çempionatı: Südabə Ağayeva ikinci qələbəsini qazanıb - YENİLƏNİB - 3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər