Avropa çempionatı: Zelim Kotsoyev qızıl medal uğrunda mübarizə aparacaq
Azərbaycan olimpiya çempionu Zelim Kotsoyev (100 kq) Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında qızıl medal uğrunda mübarizə aparacaq.
"Report"un məlumatına görə, o, həlledici görüşdə gürcüstanlı İlia Sulamanidze ilə qarşılşacaq.
Azərbaycanın digər cüdoçusu Uşanqi Kokauri (+100 kq) isə bürünc medal qazanmaq üçün yarışacaq. U.Kokauri Almaniya təmsilçisi Erik Abramovla qarşılşacaq.
Nigar Süleymanova isə (+78 kq) ilk görüşdə gürcüstanlı Sofia Somkxişviliyə uduzub.
Daha əvvəl Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Oxşar xəbərlər
Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionatında bürünc medal qazana bilər
Avropa çempionatı: Azərbaycanın daha beş cüdoçusu mübarizəyə başlayır
Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb
Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazana bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













