sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İtaliya çempionu İspaniya klubunun futbolçusunu transfer edir
İtaliyanın "Napoli" klubu İspaniya təmsilçisi "Jirona"nın futbolçusu Migel Qutyerresi transfer etməyə yaxındır.
"Sizinxeber.az" "Marca" nəşrinə istinadən xəbər verir ki, A Seriyasının qalibinin 23 yaşlı müdafiəçisi üçün qarşı tərəfə 30 milyon avro ödəyəcəyi gözlənilir.
Müqavilədəki bəndə əsasən, oyunçu 35 milyon avro qarşılığında sərbəst qala bilər.
Bundan əlavə, oyunçunun hüquqlarının 50 faizi İspaniyanın digər klubu "Real"a məxsusdur.
Qeyd edək ki, Migel Qutyerres ötən mövsüm "Jirona"da 36 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
"Real" qışda heyətini yeni müdafiəçi ilə gücləndirəcək
"Napoli" Portuqaliya klubunun futbolçusunu transfer edir
"Real" klubu 16 yaşlı futbolçunu transfer etməyə yaxındır
İspaniya klubu "Mançester Siti"nin futbolçusu üçün 75 milyon avro təklif edib
"Real" "Əl-Nəsr"in futbolçusunu transfer edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











