Fernandu Santuş: "Futbolçular təlim-məşq toplanışında özlərini yaxşı tərəfdən göstəriblər"
Futbolçular özlərini yaxşı tərəfdən göstəriblər.
"Sizinxeber.az" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş, sabah Latviya ilə keçirəcəkləri yoldaşlıq matçından öncə mətbuat konfransında bildirib.
O, futbolçuların məşqlərdə özlərini yaxşı göstərdiklərini və bütünlüklə sabahkı matça kökləndiklərini bildirib:
"Futbolçular təlim-məşq toplanışından əvvəl özlərini yaxşı tərəfdən göstəriblər. Oyunda onlardan nələr tələb etdiyimi anlayırlar. "Qarabağ" və "Sabah"ın futbolçuları ölkə kubokunun final oyunundan sonra kollektivə qoşuldular. Onlar da eyni tempdə hazırlaşırlar. Bütünlüklə sabahkı oyuna köklənmişik.
Portuqaliyalı mütəxəssis çətin oyun olacağını söyləyib:
"Çətin görüş olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Latviya yığması keyfiyyətli futbolçulardan qurulub. Rəqib barədə oyunçularımıza ətraflı məlumat vermişik. Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Futbolçularımızın hamısı çox istəkli və motivasiyalıdırlar. Kubokun finalından sonra komandaya qoşulanlarla yalnız taktiki məşqlər üzərində çalışa bildik. Bunu da meydanda göstərəcəklərinə inanıram. Sabah start heyətində meydana çıxsa, kapitan sarğısını Emin Mahmudov taxacaq. Həmçinin, komandanın penalti vuranı da o olacaq".
Qeyd edək ki, Latviya - Azərbaycan matçı iyunun 7-də Riqadakı “Skonto” stadionunda Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.


width="220" alt="Fernandu Santuş: "Məqsədimiz yaxşı hazırlaşıb qələbə qazanmaqdır"" />
width="220" alt="Emin Mahmudov: "Azərbaycan millisində qələbə qazanacaq keyfiyyətə malik futbolçular var"" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />