Emin Mahmudov: "Azərbaycan millisində qələbə qazanacaq keyfiyyətə malik futbolçular var" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
in
2025
20:00
0
0
1 003

Emin Mahmudov: "Azərbaycan millisində qələbə qazanacaq keyfiyyətə malik futbolçular var"

06 in, 2025
20:00
1 003

Emin Mahmudov: "Azərbaycan millisində qələbə qazanacaq keyfiyyətə malik futbolçular var"

Azərbaycan millisində qələbə qazanacaq keyfiyyətə malik futbolçular var.

"Sizinxeber.az" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin üzvü Emin Mahmudov sabah Latviyaya qarşı keçirəcəkləri yoxlama matçından öncə mətbuat konfransında bildirib.

O, yığmanın Latviyanı məğlub edəcəyinə inanır:

"Sabah yaxşı oyun göstərərək qalib gəlməyə çalışacağıq. Bunu bacaracağımıza inanıram. Çünki qələbə qazanacaq keyfiyyətə malik futbolçularımız var. Düzdür, Latviya yığması da yaxşı komandadır. Ancaq bizə qələbə lazımdır".

Qeyd edək ki, Latviya - Azərbaycan matçı iyunun 7-də Riqadakı “Skonto” stadionunda Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın