Sizinxeber.az » İdman » Futbol » Azərbaycan millisinin üzvü: “Karyeram ərzində ilk dəfə Avropada belə uğur qazandım”

Azərbaycan millisinin üzvü: “Karyeram ərzində ilk dəfə Avropada belə uğur qazandım”

Azərbaycan çimərlik futbolu millisinin üzvü Orxan Məmmədov Avropa çempionatının I seçmə mərhələsində ən yaxşı oyunçu seçilməsi ilə bağlı təəssüratlarını bölüşüb.

O, “Report”a açıqlamasında karyerasında iilk dəfədir belə uğur qazandığını bildirib.

“Turnirdə əsas məqsədimiz Avropa Superfinalına vəsiqə qazanmaq idi. Üç oyun keçirdik. İngiltərə və Belçikaya qalib gəldik. Litva yığmasına əlavə vaxtda məğlub olduq. Litva ilə oyunda komanda hesabda geridə olarkən 3 qol vurdum. Belçikaya da bir qol vurmuşdum. Sonda ən yaxşı oyunçu seçildim. Bu, mənim üçün böyük nailiyyətdir. Karyeram ərzində ilk dəfə Avropada belə uğur qazandım. Çox sevindiricidir. Baş məşqçimə, komanda yoldaşlarıma təşəkkür edirəm. Uğuru onların sayəsində qazandım”, - O.Məmmədov vurğulayıb.

O, A Liqasına vəsiqə qazanmaq istədiklərini vurğulayıb:

“Qarşımıza məqsəd qoymuşuq, əlimizdən gələni edəcəyik ki, milli A Liqasına yüksəlsin. Amma hələ qruplar və qarşılşacağımız rəqiblər bəlli deyil”.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının I seçmə mərhələsində keçirdiyi görüşlərdə İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub edib. Komanda mərhələnin sonuncu görüşündə Litvaya 3:4 hesabı ilə uduzub.

Sahib Məmmədovun baş məşqçisi olduğu kollektiv sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək Superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutacaq kollektivlər A Liqasına yüksələcəklər.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !