

Azərbaycan millisinin üzvü: “Avropa Superfinalının da bombardiri olmağa çalışacağam”
Azərbaycanın çimərlik futbolu millisinin üzvü Ramil Əliyev İspaniyada keçirilən Avropa çempionatının I seçmə mərhələsinin bombardiri olması ilə bağlı təəssüratlarını bölüşüb.
O, “Report”a açıqlamasında turnirdə keçirdiyi oyunları dəyərləndirib.
Vurduğu 5 qolla turnirin bombardiri olan futbolçu Litva ilə matçda hakimlərin komandanı bir qədər sıxışdırdığını vurğulayıb:
“Avropa çempionatının I seçmə mərhələsində əla oyun göstərdik və məşqdə çalışdıqlarımızın hamısını matçlarda tətbiq etdik. Superfinala vəsiqəni təmin etdiyimiz üçün Litva ilə sonuncu matça nisbətən rahat çıxmışdıq. Hakimlər bizi bir qədər sıxışdırdı. 3 dəfə lehimizə cərimə zərbələrini qeydə almadılar. Ümid edirəm ki, Superfinalda daha yaxşı olacaq. Oyunlar çox çətin keçəcək. Daha yaxşı hazırlaşacağıq. Bütün rəqibləri təhlil edib oyunlara çıxacağıq və xalqımızı sevindirəcəyik. Vurduğum qollara gəlincə, öz üzərimdə çalışıram. Qollarımın sayını artırıb Avropa Superfinalının da bombardiri olmağa çalışacağam”.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının I seçmə mərhələsində keçirdiyi görüşlərdə İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub edib. Komanda mərhələnin sonuncu görüşündə Litvaya 3:4 hesabı ilə uduzub.
Sahib Məmmədovun baş məşqçisi olduğu komanda sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək Superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutacaq kollektivlər A Liqasına yüksələcəklər.
Oxşar xəbərlər
Azərbaycan millisinin üzvü Avropa çempionatının I seçmə mərhələsinin ən yaxşı futbolçusu seçilib
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
Azərbaycan millisinin Avropa çempionatının I seçmə mərhələsindəki oyunlarının vaxtı açıqlanıb
Azərbaycanın U-17 millisinin baş məşqçisi: “Komanda Avstraliya ilə oyunlarda ümid verdi”
Azərbaycan yığmasının baş məşqçisi: Dünya çempionatının seçmə mərhələsində qrupdan çıxacağımızı düşünürəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
İsrail Qəzza müharibəsi başlayandan ABŞ-dən 90 tondan çox hərbi təchizat alıb
