Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa Superfinalına vəsiqə qazanıb
Azərbaycanın çimərlik futbolu üzrə millisi Avropa Superfinalına vəsiqə qazanıb.
"Sizinxeber.az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının A qrupunda yer alan komanda I seçmə mərhələnin sonuncu matçında Litva yığması ilə qarşılaşıb.
İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində hər üç qolu Orxan Məmmədov vurub.
Beləliklə, qrupu 5 xalla ikinci pillədə başa vuran Sahib Məmmədovun yetirmələri sentyabrın 7-14-ü aralığında İtaliyada təşkil olunacaq Superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutacaq kollektivlər A Liqasına yüksələcəklər.
Qeyd edək ki, Azərbaycan yığması qrupun ilk iki matçında İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsinə qələbə ilə başlayıb
Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində növbəti qələbəsini qazanıb
Azərbaycanın çimərlik futbolu millisi bu gün 1/8 final matçına çıxacaq
Çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununda məğlub olub
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
