“Sumqayıt” tarixinin ən böyükhesablı səfər qələbəsi rekordunu təkrarlayıb
“Sumqayıt” tarixinin ən böyükhesablı səfər qələbəsi rekordunu da təkrarlayıb.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu Misli Premyer Liqasının 2024/25 mövsümündəki son oyununda səfərdə “Səbail” üzərində böyükhesablı qələbədən sonra reallaşıb.
4:1 hesabı ilə qalib gələn “Gənclik şəhəri” təmsilçisi tarixində 5-ci dəfə rəqib meydanındakı çempionat matçında 3 top fərqi ilə üstün olub.
Sumqayıtın eyniadlı təmsilçisi səfərdəki bütün böyükhesablı qələbələrini eyni fərqlə əldə edib. Komanda əvvəlki mövsümlərdə “Kəpəz”i (2017/18) 3:0, “Sabah” (2018/19), “Səbail” və “Turan Tovuz”u (hər ikisi 2023/24) eyni - 4:1 hesabı ilə məğlub edib.
“Kimyaçılar” həm də qələbəsiz oyunlar seriyasına son qoyub. XXVII turda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edən sumqayıtlılar IV dövrədə ilk dəfə qalib gəlib. Bunadək 8 matçda qələbə qazanmayan komanda 2 heç-heçə edib və 6 dəfə uduzmuşdu.
Oxşar xəbərlər
"Sumqayıt" Premyer Liqada 10-cu dəfə böyükhesablı qalibiyyət əldə edib
"Səbail" Premyer Liqada rekordunu təkrarlayıb
“Qarabağ” tarixinin rekordunu təkrarlayıb
“Araz-Naxçıvan” tarixinin rekordunu təkrarlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
