Avropa çempionatında bürünc medal qazanmış Azərbaycan güləşçisi: “Məqsədim çempion olmaq idi”
Avropa çempionatında məqsədim çempion olmaq idi.
“Report” Azərbaycan güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanan güləşçi Jalə Əliyeva deyib.
O, zədə səbəbindən çempionluq yarışından kənarda qaldığını söyləyib:
“Yarışa yaxşı hazırlaşmışdım. Məqsədim çempion olmaq idi. Amma zədələndiyim üçün qismət olmadı. Qabırğamdan ağır zədə aldığım üçün davam edə bilmədim və hakim məni kənarlaşdırdı. Buna baxmayaraq üçüncü yer uğrunda bacardığımı etdim. Qarşıdakı hədəflərin Avropa, dünya çempionatlarında və olimpiadada medal qazanmaqdır. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.
Qeyd edək ki, 57 kq dərəcəsində mübarizə aparan Jalə Əliyeva Avropa çempionatında üçüncü yer uğrunda görüşdə Cenna Hemyaeni (Finlandiya) məğlub edərək adını medal qazananlar sırasına yazdırıb.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında medal qazanıb
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatının bürünc medalını qazanıb - YENİLƏNİB
Azərbaycanın üç güləşçisi Avropa çempionatının bürünc medalını qazanıb - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
