"Azərreyl"in baş məşqçisi: "Azərbaycan çempionatı ötən mövsümə nisbətən bizim üçün daha çətin keçdi"
sizinxeber.az xəbər saytı

"Azərreyl"in baş məşqçisi: "Azərbaycan çempionatı ötən mövsümə nisbətən bizim üçün daha çətin keçdi"


"Azərreyl" üçün çempionat ötən mövsümə nisbətən daha çətin keçib.

"Report"un məlumatına görə, bunu Azərbaycan Yüksək Liqasının qalibi olan kişi voleybolçulardan ibarət "Azərreyl"in baş məşqçisi Boris Qrebennikov deyib.

O, yaxşı oyunçular seçdikləri üçün çempion olduqlarını bildirib:

"Yüksək səviyyəli oyunçular gəlib. Komanda finalda əla oyun sərgilədi. Çempion olmağa layiq idik".

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında gerçəkləşən kişilər arasında ikinci final matçında "Murov Az Terminal"a 3:1 (25:20, 25:22, 17:25, 25:17) hesabı ilə qalib gələn "Azərreyl" titula sahib çıxıb. "Dəmiryolçular" ilk final matçında da rəqibini üstələmişdi - 3:0.

Oxşar xəbərlər

"Azərreyl"in voleybolçusu: "Azərbaycan çempionu olmaq gözəl hissdir"
Avropa Voleybol Konfederasiyasının prezidenti: "Azərbaycan Yüksək Liqasının finalında maraqlı oyunlar izlədik"
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün bəlli olacaq
"Azərreyl"in baş məşqçisi çempionluğu dəyərləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər