Vinisiusa qarşı irqçilik edən "Valyadolid"in beş azarkeşi barədə hökm çıxarılıb
sizinxeber.az xəbər saytı

Vinisiusa qarşı irqçilik edən "Valyadolid"in beş azarkeşi barədə hökm çıxarılıb


2022-ci ildə İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Juniora qarşı irqçilik edən və onun ünvanına təhqirlər səsləndirən "Valyadolid"in 5 azarkeşi ilə bağlı məhkəmə hökm çıxarıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Vinisiusa qarşı irqçilik edən azarkeşlərlə bağlı 1 il müddətinə şərti həbs cəzası təyin edilib. Günahlandırılan şəxslərin 3 il müddətində rəsmi yarışların keçirildiyi stadionlara getməsinə qadağa qoyulub.

Həmçinin onlar 2022-ci ilin dekabrında oyun zamanı baş vermiş insidentə görə cərimələniblər. Bundan əlavə, onlar 4 il müddətində təhsil, idman və ya istirahət sahələrində peşəkar fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Qeyd edək ki, 2022/2023 mövsümündə İspaniya çempionatının XV turunda "Valyadolid"lə matçın 88-ci dəqiqəsində əvəzlənərək ehtiyat oyunçular skamyasına tərəf gedərkən rəqib azarkeşlər Vinisiusa qarşı irqçi təhqirlər səsləndirmişdilər.

Oxşar xəbərlər

"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
"Real Madrid"in hücumçusu Vinisius məhkəmədə irqçiliklə bağlı ifadə verəcək
"Real"ın futbolçusuna qarşı irqçilik edən dörd nəfər saxlanılıb
İspaniya polisi "Real"ın üç azarkeşini irqçiliyə görə saxlayıb
"Real" klubu yarımmüdafiəçisini icarəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər