"Real"ın futbolçusu klublararası dünya çempionatında iştirak etməyəcək
sizinxeber.az xəbər saytı

"Real"ın futbolçusu klublararası dünya çempionatında iştirak etməyəcək


İspaniyanın "Real" klubunun futbolçusu Endrik zədə səbəbindən klublararası dünya çempionatında iştirak etməyəcək.

"Report" Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ona sağ bud dizindəki oynaq vətərinin zədələnməsi diaqnozu qoyulub.

18 yaşlı braziliyalı La Liqanın XXXVII turunda, "Sevilya" ilə oyunun (2:0) ikinci hissəsində zədələnib. Futbolçu bu səbəbdən klublararası dünya çempionatını buraxmalı olacaq.

Qeyd edək ki, Endrik cari mövsüm meydana çıxdığı 37 matçda 7 qol vurub. O, ümumilikdə 847 dəqiqə meydanda olub.

Oxşar xəbərlər

"Real"ın futbolçusu sol dizindən zədə alıb
"Real" klubunun təcrübəli futbolçusu virusa yoluxub
Braziliyalı futbolçu qışda "Real"dan ayrıla bilər
Ciddi zədə alan "Arsenal"ın futbolçusu mövsümü erkən başa vurub
"Real"ın futbolçusu 18 ildən sonra klubdan ayrılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər