Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlanıb
sizinxeber.az xəbər saytı

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlanıb


Türkiyədə 2025/2026 mövsümündə "transfer pəncərəsi" dövrünün açılış və bağlanış vaxtı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qardaş ölkədə yay transfer dönəmi 2025-ci il iyunun 30-da başlayacaq və sentyabrın 12-də yekunlaşacaq.

Qış "transfer pəncərəsi" isə 2026-cı il yanvarın 5-də açılacaq və fevralın 10-a qədər davam edəcək.

Qeyd edək ki, Türkiyə Superliqasında "Qalatasaray" 83 xalla liderdir. 75 xalı olan "Fənərbağça" ikinci, 57 xala malik "Samunspor" isə üçüncüdür.

Oxşar xəbərlər

Azərbaycanın futzal üzrə Yüksək və Birinci liqalarında qış "transfer pəncərəsi”nin vaxtı müəyyənləşib
Azərbaycan liqalarında "transfer pəncərəsi"nin müddəti uzadılıb
Azərbaycanın futzal çempionatlarında qış transfer dönəmi başlayıb
"Mançester Yunayted" Viktor Osimheni transfer etməyi düşünür
Fransa klubu Türkiyə Superliqasında çıxış etmiş futbolçunu transfer edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər