sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Real" Kurtua ilə müqavilənin müddətini uzadacaq
İspaniyanın "Real" klubu yaxın günlərdə qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətini uzadacaq.
"Sizinxeber.az" "Relevo"ya istinadən xəbər verir ki, belçikalı qolkiperin yeni müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər olacaq.
Adətən 30 yaşdan yuxarı futbolçularla bir mövsümlük müqavilə bağlayan Madrid təmsilçisinin rəhbərliyi bu qaydanı Kurtua üçün istisna edəcək.
Qeyd edək ki, 32 yaşlı qapıçı 2018-ci ilin avqustundan "Real"da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 43 oyun keçirib, 48 qol buraxıb, 14 matçda isə qapını toxunulmaz saxlayıb. T.Kurtuanın Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Oxşar xəbərlər
"Real" braziliyalı futbolçu ilə müqavilə müddətini uzadacaq
"Real" qapıçısı ilə müqavilə müddətini uzadacaq
"Real" klubu qapıçısını satmayacaq
"Real" yayda müdafiəçisi ilə müqavilənin müddətini uzada bilər
"Real" ukraynalı qapıçı ilə yeni müqavilə bağlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
