Rusiyada futbol hakimi oyun zamanı vəfat edib
sizinxeber.az xəbər saytı

Rusiyada futbol hakimi oyun zamanı vəfat edib


Rusiyanın Krasnoyarsk vilayətində futbol hakimi Artur İksanov oyun zamanı vəfat edib.

"Sizinxeber.az" qonşu ölkə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı hakim Açinskdəki "Stroitel" stadionunda Böyük Vətən Müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş turnir zamanı ölüb.

Hakimin qəfil huşunu itirdiyi və yerə yıxıldığı bildirilib. 5 dəqiqə sonra meydana təcili yardım briqadası gəlib. Lakin bütün cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Üç övladı olan hakimin ölümünün ilkin səbəbi kimi ürək dayanması göstərilib.

Oxşar xəbərlər

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib
Peruda 21 yaşlı futbolçu matç zamanı qapıçı ilə toqquşmadan sonra vəfat edib
Braziliya futbolçusu oyun zamanı huşunu itirib
Türkiyənin məşhur müğənnisi konsert zamanı vəfat edib
Bakı Hərbi Məhkəməsinin hakimi vəfat edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər