Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
"Report" Avropa futbol qurumunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada Deklan Rays ("Arsenal"), Alessandro Bastoni ("İnter"), Xviça Kvaratsxeliya (PSJ) və Robert Levandovski ("Barselona") iddia edirlər.
D.Rays Londonda İspaniyanın "Real" kollektivinə qalib gəldikləri (3:0) matçda cərimə zərbəsindən iki baxımlı qola imza atıb. Levandovski Dortmund "Borussiya"sını məğlub etdikləri (4:0) qarşılaşmada eyni sayda qol vurub. Kvaratsxeliya doğma meydanda İngiltərənin "Aston Villa" komandasını üstələdikləri (3:1) görüşdə adını tabloya yazdırıb. Bastoni isə Almaniyada "Bavariya"nı yendikləri (2:1) matçda müdafiədə etibarlı oyunu ilə seçilib.
Qeyd edək ki, həftənin ən yaxşı futbolçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
Oxşar xəbərlər
"Real"ın üzvü UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
İngiltərəli hücumçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
İsveçli hücumçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
Azərbaycanda hissedilən zəlzələ olub - YENİLƏNİB-1
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
