İsveçli hücumçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
sizinxeber.az xəbər saytı

İsveçli hücumçu UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib


Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Viktor Qyökereş azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

"Sizinxeber.az" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, səsvermədə Luis Dias ("Liverpul") ikinci, Nikolas-Herrit Kyun ("Seltik") üçüncü yeri tutub.

Viktor Qyökereş Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Mançester Siti"yə (İngiltərə) 4:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.

Qeyd edək ki, 26 yaşlı isveçli hücumçu cari mövsüm qitənin ən nüfuzlu klub turnirində meydana çıxdığı 4 görüşdə 5 qol vurub.

Oxşar xəbərlər

"Real"ın üzvü UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
İsveçli futbolçu Messinin uğurunu təkrarlayıb
UEFA Çempionlar Liqası: Liqa mərhələsində I turun ikinci oyun günü başa çatıb - YENİLƏNİB
Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib
İspaniya klubunun futbolçusu Çempionlar Liqasının tarixinə düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər