"Osiyek"in futbolçusu: Bakıya növbəti mərhələyə vəsiqə qazanmaq üçün gedirik
Bakıya növbəti mərhələyə vəsiqə qazanmaq üçün gedirik.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Zirə"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi "Osiyek"in (Xorvatiya) futbolçusu Darko Neyaşmiç deyib.
Xorvatiyalı müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında Bakıda qarşılaşacaqları "Zirə" oyunu barədə danışıb:
"Cavab matçında rəqibimizə qalib gəlməyə çalışacağıq. Əsas olan nəticədir, qələbə qazanmalıyıq. Matçın taleyini 90 dəqiqədə həll etmək istəyirik. Oyun əlavə vaxta qədər getsə, fiziki cəhətdən buna hazırıq. Bakıya növbəti mərhələyə vəsiqə qazanmaq üçün gedirik".
25 yaşlı futbolçu Osiyekdə baş tutan ilk görüşdə üstün oyun nümayiş etdirdiklərini söyləyoib:
"İlk görüşdə üstün olan tərəf biz idik. Qarşılaşmanı yüksək səviyyədə keçirdik. Təəssüf ki, son dəqiqədə qapımızda gərəksiz qol gördük".
Qeyd edək ki, “Zirə” komandası ilk matçda səfərdə “Osiyek”lə heç-heçə edib - 1:1. Bu komandaları arasındakı cavab qarşılaşması avqustun 15-i "Dalğa Arena"da reallaşacaq.
Oxşar xəbərlər
"Osiyek"in baş məşqçisi: "Zirə" təhlükəli rəqibdir
Rəşad Sadıqov: İkinci yarıda meydanda üstün olan tərəf "Zirə" idi
Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib
Konfrans Liqası: "Zirə" cavab matçında da qələbə qazanaraq növbəti mərhələyə yüksəlib
"Zirə"nin Konfrans Liqasındakı rəqibi yeni transferini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













