Ronaldinyo hazırda karyerasını davam etdirən ən güclü braziliyalı futbolçunun adını açıqlayıb
sizinxeber.az xəbər saytı

Ronaldinyo hazırda karyerasını davam etdirən ən güclü braziliyalı futbolçunun adını açıqlayıb


Braziliya millisinin, "Barselona" (İspaniya), PSJ (Fransa) və "Milan" (İtaliya) klublarının sabiq üzvü Ronaldinyo hazırda karyerasını davam etdirən ən güclü həmyerlisinin adını açıqlayıb.

"Report" "Tuttosport"a istinadən xəbər verir ki, 45 yaşlı sabiq oyunçu "Real"ın (İspaniya) vingeri Vinisius Junioru ən güclü "sambaçı" hesab edib.

"Rafinyanı mən də çox bəyənirəm. Lakin düşünürəm ki, Vinisius dünyanın ən güclü braziliyalı futbolçusudur", - deyə Ronaldinyo bildirib.

Qeyd edək ki, Vinisius "Kral klubu"na 2018-ci ilin yayında "Flamenqo"dan keçib. O, bu müddət ərzində bütün yarışlarda 307 matçda iştirak edib və 104 qol vurub.

Oxşar xəbərlər

Ronaldinyo ABŞ klubunun səhmdarı olub
Vinisius "Real"dan ayrıla bilər
"Real" Vinisius Juniorun əvəzinə Niko Uilyamsı transfer edə bilər
Səudiyyə Ərəbistanı klubu braziliyalı futbolçu üçün "Real"a bir milyard avro ödəməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər