KİV: “Real”ın iki futbolçusu “Arsenal”a qarşı oynamaya bilər
sizinxeber.az xəbər saytı

KİV: “Real”ın iki futbolçusu “Arsenal”a qarşı oynamaya bilər


“Real Madrid”in müdafiə və yarımmüdafiə mövqeyində çıxış edən iki futbolçusu “Çempionlar Liqa”sının 1/4 finalında İngiltərənin “Arsenal”ına qarşı oynamaya bilər.

“Report” xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano COPE-a istinadən bildirib.

“[Müdafiəçi] Ferlan Mendi “Arsenal”la oyunu, yəqin ki, buraxacaq”, – insayder yazıb. Daha sonra o, mərkəz yarımmüdafiəçisi Dani Sebalyosun da, ehtimal ki, “topçular”la mübarizə apara bilməyəcəyini əlavə edib: “Hələ ki hazır deyil”.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk iki qarşılaşması, o cümlədən “Arsenal” – “Real Madrid” matçı aprelin 8-də baş tutacaq.

Oxşar xəbərlər

UEFA ÇL: "Arsenal" səfərdə PSV-ni darmadağın edib, "Real" Madrid derbisində "Atletiko"dan üstün olub
"Arsenal"ın futbolçusu zədə səbəbindən Çempionlar Liqasının oyununu buraxacaq
Yanvar ayının ən yaxşı komandası bəlli olub - Dünya reytinqi
"Arsenal"ın futbolçusu zədələnərək bir neçə həftəlik sıradan çıxıb
"Real Madrid" qələbə qazanıb, "Arsenal" rəqibini darmadağın edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər