Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək


Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının bu gün püşkatma mərasimi keçiriləcək.

“Sizinxeber.az” xəbər verir ki, mundialda iştirak edəcək 32 komanda 4 səbətə bölünüb.

Yarışın favoritlərindən sayılan, Elşad Quliyevin baş məşqçisi olduğu Azərbaycan yığması Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya və Slovakiya ilə birlikdə I səbətdə yer alıb.

II səbətdə Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritaniya, Qana, III səbətdə İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina Tailand, BƏƏ, Çad, İspaniya və Sloveniya qərarlaşıb.

Polşa, Hindistan, Türkiyə, Kosta-Rika, İsrail, Bəhreyn, Özbəkistan və Argentina isə IV səbətdə yer alıb.

Turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.

Qeyd edək ki, Dünya Minifutbol Federasiyası (WMF) tərəfindən beşinci dəfə təşkil ediləcək mundialın son qalibi Rumıniya yığması olub.

Oxşar xəbərlər

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasiminin tarixi bəlli olub
DÇ-2026: Bu gün Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olacaq
DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələnin püşkü atılıb
Azərbaycanın minifutbol yığması Avropa reytinqində ikinci pillədə qərarlaşıb
Azərbaycan futbol millisinin DÇ: 2026-nın seçmə mərhələsindəki rəqibləri bu gün bəlli olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər