Premyer Liqa: "Sumqayıt" "Kəpəz"ə qalib gəlib
sizinxeber.az xəbər saytı

Premyer Liqa: "Sumqayıt" "Kəpəz"ə qalib gəlib


Futbol üzrə Misli Premyer Liqasının XXVI turunda "Sumqayıt" "Kəpəz"ə qalib gəlib.

"Report" xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyunda ev sahibləri 3:0 hesablı qələbəyə seviniblər.

"Gənclik şəhəri" təmsilçisinin heyətində Roy Kehat (20, 51) dubl müəllifi olub. 90+3-cü dəqiqədə isə Nihad Əhmədzadə adını tabloya yazdırıb.

25 xalı olan "Sumqayıt" turnir cədvəlində 8-ci yerdə qərarlaşıb. 22 xala malik "Kəpəz" isə 9-cudur.

Tura "Neftçi" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Araz-Naxçıvan"ı (3:1), "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i (hər ikisi 1:0) məğlub edib.

Oxşar xəbərlər

Premyer Liqa: "Sumqayıt" "Neftçi"yə qalib gəlib
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib
Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub
Premyer Liqa: "Zirə" "Qarabağ"a qalib gəlib
Premyer Liqa: "Sumqayıt" "Kəpəz"i, "Neftçi" "Turan Tovuz"u qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər