Premyer Liqa: XXVI tura start verilib
sizinxeber.az xəbər saytı

Premyer Liqa: XXVI tura start verilib


Misli Premyer Liqasında XXVI tura start verilib.

“Report”un məlumatına görə ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edib. “Liv Bona Dea Arena”da keçirilən matç Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.

“Araz-Naxçıvan”ın heyətində Felipe Santos (35) fərqlənib. “Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (44) və Leandro Andrade (77) və Emmanuel Addai (90+6) rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 63-ə yüksəldən “Qarabağ” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Üçüncü olan “Araz-Naxçıvan”ın isə 46 xalı var.

Qeyd edək ki, turun digər görüşləri martın 9-da və 10-da keçiriləcək.

Oxşar xəbərlər

Premyer Liqa: Bu gün "Araz-Naxçıvan" "Qarabağ"la üz-üzə gələcək
Premyer Liqa: "Araz-Naxçıvan" "Turan Tovuz"a qalib gəlib
Azərbaycan Premyer Liqasında "Araz-Naxçıvan" "Zirə" ilə heç-heçə edib
"Araz-Naxçıvan" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb
Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər