Rumıniya klubunun gənc futbolçusu müəmmalı xəstəlikdən sonra vəfat edib
Rumıniyanın FCSB klubunun gənclərdən ibarət komandasının yarımmüdafiəçisi Lukas Manolake uzun müddət davam edən davam edən müəmmalı xəstəlikdən sonra həyatını itirib.
“Report” “The Sun”a istinadən xəbər verir ki, cəsədin yarılmasından sonra həkimlər 19 yaşlı futbolçunun ölüm səbəbinin mədə turşusundan zəhərlənmə və ağır ağciyər infeksiyası olduğunu bildirib.
Bir neçə gün öncə futbolçu özünü narahat hiss edib və onun xəstəxanaya yerləşdirilməsi üçün təcili tibbi yardım çağırılıb. Həkimlər futbolçunun sağalması üçün əllərindən gələni etsələr də, onun orqanizmi mədə şirəsinə mənfi reaksiya verməyə başlayıb və bu, boğulmasına səbəb olub. Həkimlər futbolçunun anasına oğlunun ölüm şəraitinin son dərəcə nadir olduğunu bildiriblər.
Qeyd edək ki, futbolçu 2024-cü ilin avqustundan bəri heç bir oyunda iştirak etməyib. O, uzun müddət davam edən yorğunluq, başgicəllənmə və titrəmə səbəbindən futbol oynaya bilməyib.
Oxşar xəbərlər
Braziliyalı futbolçu oyundan bir neçə saat əvvəl vəfat edib
İngiltərə klubunun braziliyalı futbolçusu ömürlük diskvalifikasiya oluna bilər
Almaniya klubunun 22 yaşlı futbolçusu evində ölü tapılıb
Braziliya futbolçusu oyun zamanı huşunu itirib
Fransa klubunun 35 yaşlı futbolçusu vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
