İngiltərə klubunun braziliyalı futbolçusu ömürlük diskvalifikasiya oluna bilər
sizinxeber.az xəbər saytı

İngiltərə klubunun braziliyalı futbolçusu ömürlük diskvalifikasiya oluna bilər


İngiltərənin "Vest Hem" klubunun yarımmüdafiəçisi Lukas Paketa qohumlarına və dostlarına mərc oyunlarında kömək etdiyinə görə ömürlük diskvalifikasiya oluna bilər.

"Sizinxeber.az" ESPN-ə istinadən xəbər verir ki, Braziliya prokurorluğu futbolçunun bəzi sarı vərəqələri yaxın adamlarının müvafiq hadisəyə mərc etdikdən sonra qəsdən aldığını bildirib.

Futbolçunun 2023-cü ildə "Aston Villa"ya qarşı matçda aldığı sarı vərəqənin qardaşına ad günü hədiyyəsi olduğu bildirilib. 27 yaşlı yarımmüdafiəçinin cəzalanmasından sonra onun qardaşı 116 min avro qazanıb.

Qeyd edək ki, L.Paketa cari mövsüm 25 matçda 5 qol vurub və 6 sarı vərəqə alıb. Braziliyalı futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 40 milyon avrodur.

Oxşar xəbərlər

"Mançester Yunayted" İspaniya klubunun futbolçusu ilə maraqlanır
"Çelsi"nin futbolçusu İtaliya klubuna transfer oluna bilər
AVRO-2024-ün ən yaxşı futbolçusu "Real"a transfer oluna bilər
Almaniya klubunun futbolçusu "Real"a transfer oluna bilər
Kazemiro karyerasını Braziliyada davam etdirə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər