"Barselona"nın müdafiəçisi XXI əsrdə Çempionlar Liqasında qırmızı vərəqə alan ən gənc futbolçu olub
İspaniyanın "Barselona" klubunun müdafiəçisi Pau Kubarsi XXI əsrdə UEFA Çempionlar Liqasında qırmızı vərəqə alan ən gənc futbolçu olub.
"Report" "Opta Sport"a istinadən xəbər verir ki, bu, Kataloniya təmsilçisinin Portuqaliyada "Benfika"ya qalib gəldiyi 1/8 final mərhələsinin ilk matçında gerçəkləşib.
22-ci dəqiqədə meydandan qovulan ispaniyalı müdafiəçi 18 yaş 42 günündə bu halla üzləşib. Əsas heyətdə 65 görüş keçirən Kubarsi ilk dəfə qırmızı vərəqə ilə cəzalanıb.
Çempionlar Liqası tarixində qırmızı vərəqə alan ən gənc futbolçu nigeriyalı Selestin Babayarodur. O, 1994-cü ildə Belçika təmsilçisi "Anderlext"in heyətində 16 yaş 86 günündə meydandan qovulub.
Qeyd edək ki, "Barselona" "Benfika"nı 1:0 hesabı ilə üstələyib. Cavab görüşü martın 11-də baş tutacaq.
Oxşar xəbərlər
"Qarabağ"ın futbolçuları ötən mövsüm 6, son üç ayda isə 4 qırmızı vərəqə alıblar - ARAŞDIRMA
UEFA Çempionlar Liqası: "Barselona" səfərdə, "Atletiko" doğma divarlar arasında geridönüş edib
UEFA "Qarabağ"ın məşqçisini iki oyunluq cəzalandırıb
UEFA Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 4 matçı keçiriləcək
"Arsenal" Çempionlar Liqasında tarixi rekorda imza atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
Yanvar-may aylarında DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
