sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Çelsi"nin sabiq futbolçusu 45 yaşında vəfat edib
İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Toni Bedo 45 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə onun keçmiş klubu, 11 il formasını geyindiyi "Torki Yunayted"in mətbuat xidməti məlumat yayıb.
T.Bedonun Londondakı evində, səhhətində yaranan problemlər səbəbindən öldüyü bildirilib.
Qeyd edək ki, keçmiş forvard "Çelsi"nin aşağı yaş qruplarında oynasa da, əsas komandaya qədər yüksələ bilməyib. T.Bedo 1995-ci ildə "Torki Yunayted"ə keçib və fasilələrlə bu komandanın formasını 11 il geyinib. O, bu müddət ərzində "Torki Yunayted"in heyətində meydana çıxdığı 374 oyunda 65 qol vurub.
Oxşar xəbərlər
"Çelsi"nin sabiq futbolçusu vəfat edib
Ueyn Runi yenidən "Mançester Yunayted"in formasını geyinəcək
"Real"ın sabiq futbolçusu vəfat edib
"Çelsi"nin sabiq futbolçusu klub direktoru olub
Mərakeş millisinin sabiq futbolçusu 35 yaşında vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













