Mərakeş millisinin sabiq futbolçusu 35 yaşında vəfat edib
sizinxeber.az xəbər saytı

Mərakeş millisinin sabiq futbolçusu 35 yaşında vəfat edib


Mərakeş yığmasının sabiq futbolçusu Əbdüləziz Barrada 35 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə onun keçmiş klubu PSJ-nin mətbuat xidməti məlumat yayıb.

Barradanın ölüm səbəbi ürəktutması olub. Fransa Liqa 1-nin növbəti turunda PSJ ilə "Marsel" arasında keçiriləcək matçdan öncə sabiq yarımmüdafiəçi üçün bir dəqiqəlik sükut planlaşdırılır.

Qeyd edək ki, Ə.Barrada 2013-cü ildə Afrika Millətlər Kuboku və 2012-ci il London Yay Olimpiya Oyunlarında Mərakeş yığmasının formasını geyinib. PSJ ilə yanaşı, Fransada "Marsel", Türkiyədə "Antalyaspor" klublarında çıxış etmiş mərakeşli futbolçu karyerasını 2021-ci ildə başa vurmuşdu.

Oxşar xəbərlər

Argentina yığmasının sabiq futbolçusu karyerasını bitirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Real"ın sabiq futbolçusu vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya millisinin sabiq futbolçusu 49 yaşında vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə millisinin və "Beşiktaş"ın sabiq futbolçusu 31 yaşında futbolçu karyerasını sonlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliya millisinin sabiq futbolçusu dünyasını dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər