sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Çelsi"nin sabiq futbolçusu klub direktoru olub
İngiltərənin "Çelsi" komandasının və Fil Dişi Sahilinin sabiq hücumçusu Salomon Kalu ölkəsinin təmsilçisi "Qaqnoa" ilə anlaşıb.
"Report" "Koaci"yə istinadən xəbər verir ki, 39 yaşlı keçmiş forvard sözügedən klubda direktor vəzifəsinə təyin olunub.
Karyerasını bərpa edən ön xətt oyunçusu həmçinin bu komandanın heyətində oyunlara da çıxacaq.
Qeyd edək ki, S.Kalu karyerası ərzində Niderlandın "Feyenoord", İngiltərənin "Çelsi", Fransanın "Lill", Almaniyanın "Herta" və Portuqaliyanın "Botafoqo" klublarında forma geyinib. O, Fil Dişi Sahili millisində meydana çıxdığı 97 oyunda 28 qol vurub.
Oxşar xəbərlər
Braziliya yığmasının sabiq hücumçusu vida matçı keçirəcək
"Çelsi" Ceydon Sançonu icarəyə götürüb
"Fənərbağça" və "Çelsi"də çıxış etmiş futbolçunun yeni klubu bəlli olub
"Çelsi"nin qapıçısı karyerasını başqa klubda davam etdirə bilər
"Atletiko" "Çelsi"nin futbolçusunu transfer edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














