"Araz-Naxçıvan" Azərbaycan çempionatında yubiley oyununu keçirib
Misli Premyer Liqasının XXII turu “Araz-Naxçıvan” üçün əlamətdar olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisi ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.
“Kəpəz”lə ev matçına təsadüf edən yubiley qarşılaşması qolsuz heç-heçə ilə yekunlaşıb.
“Araz-Naxçıvan” bu 100 görüşdə 32 qələbə qazanıb, 22 heç-heçə edib və 46 dəfə uduzub. “Liv Bona Dea Arena”dakı matç həm də 50-ci ev oyunu olub. Bu qarşılaşmalarda 20 qələbə, 14 heç-heçə və 16 məğlubiyyət qeydə alınıb.
Qeyd edək ki, Naxçıvan klubu ilk oyununu 2000-ci il avqustun 5-də “Qarabağ”a qarşı səfərdə (0:1), ilk ev matçını bir həftə sonra “Dinamo” ilə (0:0) keçirib.
Oxşar xəbərlər
"Araz-Naxçıvan"ın futbolçusu 300-cü oyununu keçirib
“Araz-Naxçıvan”ın kapitanı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
“Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib
Naxçıvan klubu Azərbaycan çempionatlarında yubiley qələbəsini qazanıb
"Araz-Naxçıvan" Premyer Liqa tarixində ilk dəfə turu birinci pillədə başa vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
