Sizinxeber.az » İdman » Futbol » Azərbaycan millisinin sabiq futbolçusu: "AFFA rəhbərliyi faydalı işlər görmək istəyir"

Azərbaycan millisinin sabiq futbolçusu: "AFFA rəhbərliyi faydalı işlər görmək istəyir"

AFFA rəhbərliyi faydalı işlər görmək istəyir.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Samir Əliyev Misli Premyer Liqasının 2025/2026 mövsümündə legioner limitinin ləğv olunacağına münasibət bildirərkən deyib.

Veteran hücumçu inkişafın uzunmüddətli proses olduğunu söyləyib:

“Müxtəlif fikirlər səsləndirilir, bunun faydalı olacağını və olmayacağını deyənlər var. Tam səmimi deyirəm, həqiqətən nəsə demək çətindir. Heç kim təminat verə bilməz ki, limitin ləğvindən sonra güclü rəqabət yaranacaq, futbolçular inkişaf edəcək, Avropaya yollanacaqlar. Bu, uzunmüddətli prosesdir. Qərarın nə dərəcədə vacib olduğunu deyə bilmərəm. Yəqin ki, qərar verənlər bunun Azərbaycan futboluna faydalı olacağını düşünüblər. AFFA rəhbərliyində dəyişikliklər olub, faydalı işlər görmək istəyirlər”.

O, klubların futbolçu yetişdirməyə maraq göstərmədiyini qabardıb:

“Burada əsas problem limitlə yox, klubların strategiyası və yerli futbolçuların yetişdirilməsi, istedadların üzə çıxarılması ilə bağlıdır. Limit "7+4" şəklində olanda mən həmişə müsahibələrimdə futbolçuların öz klublarında oynamamasından gileylənirdim. Çünki futbolçuların oyun praktikası yox idi, matçlar zamanı bütün komponentlərdə rəqiblərdən geri qalırdılar. Bu, klubların gənc futbolçuları yetişdirməyə marağının olmamasından irəli gəlir. Klub maraq göstərmirsə, limitin olub-olmamasının faydası yoxdur”.

S.Əliyev yerli futbolçuların qiymətinin süni şəkildə artması ilə bağlı fikirlərlə razılaşmır:

“Limit olanda bəziləri yerli futbolçuların qiymətinin süni şəkildə qalxdığını deyirdilər. Bu fikirlərlə razılaşmıram. Məgər ölkəyə gələn bütün legionerlər keyfiyyətlidir? Halbuki bəzi keyfiyyətsiz legionerlərə daha çox pul ödənilməsindən danışan yoxdur. Yerlilər də maaş almalıdır, pulsuz oynamamalıdır. Onsuz da legionerlərdən daha az qazanırlar. Amma azərbaycanlı futbolçularla eyni səviyyədə olanların daha çox maaş aldığını demirlər. Yenə də hər şeyi gələcək göstərəcək”.

Qeyd edək ki, hazırda Premyer Liqada limit "7 legioner + 4 yerli futbolçu" şəklindədir. Fevralın 3-də keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında 2025/2026 mövsümündən etibarən legioner limitinin ləğvi ilə bağlı qərar çıxarılıb. Həmçinin əcnəbi futbolçuların sifarişi üçün böyük məbləğdə rüsum tətbiq olunub.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !