Azərbaycan millisinin futzalçısı: "Xorvatiya ilə oyunda uğurlu nəticə qazanmaq üçün mübarizə aparacağıq"
Əl-ələ verib uğurlu nəticə qazanmaq üçün mübarizə aparacağıq.
"Report" xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Fərid Atakişiyev deyib.
Federasiyanın mətbuat xidmətinə açıqlama verən təcrübəli futzalçı bu gün səfərdə qarşılaşacaqları Xorvatiya ilə matçın çətin keçəcəyini bildirib:
“Artıq 4 gündür bu oyunun hazırlığını davam etdiririk. Bakıdakı 2 günlük məşqlərdən sonra son iki məşqimizi Pula şəhərində reallaşdırdıq. Təbii ki, səfərə erkən yollanmaq zala yaxşı bələd olmaq və vaxta uyğunlaşmaq baxımından vacib idi. Belə oyuna hazırlaşmaq üçün 4 gün az olsa da, bundan maksimum istifadə etməyə çalışdıq. Komanda olaraq istəkliyik. Əlbəttə, bilirik ki, bizi ağır görüş gözləyir. Xorvatiya millisi həmişə öz dəsti-xətti ilə seçilib. Güclü, iddialı rəqibdir, qrupun favoritidir".
O, növbəti matçla bağlı da fikirlərini bölüşüb:
"Bu görüşdən sonra Bakıda Yunanıstanla qarşılaşacağıq. Son illər inkişaf edən Yunanıstan millisi seçmə mərhələyə iddialı başlayıb. İlk oyunda səfərdə İsveçi məğlub etmələri bunun göstəricisidir. Təbii ki, Bakıdakı görüş fərqli olacaq. Amma hazırda bütün diqqətimizi Xorvatiya ilə qarşılaşmaya yönəltmişik. Rəqib komandanı məşqçilər korpusu təhlil edib. Zəif, istifadə edə biləcəyimiz cəhətlərini deyiblər. Heyətimizdə həm gənc, həm də təcrübəli futzalçılar var. Əl-ələ verib uğurlu nəticə qazanmaq üçün mübarizə aparacağıq. Komandamızın tam formalaşması üçün zamana ehtiyac var. Hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu Pula şəhərində, Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. V qrupda yer alan millimiz daha əvvəl Bakı İdman Sarayında İsveçlə heç-heçə edib - 3:3.
Oxşar xəbərlər
Azərbaycan millisinin futzalçısı: "Xorvatiya ilə matçda yaxşı nəticə qazanmaq istəyirik"
Azərbaycan millisinin qapıçısı: "Bizi Xorvatiyaya ağır səfər və oyun gözləyir"
Azərbaycan millisinin üzvü: AVRO-2026-nın final mərhələsinə yollanmaq niyyətindəyik
Azərbaycan millisinin basketbolçusu: Olimpiadadan sonra yarışa hazırlaşmaq çətin idi
Azərbaycan millisinin futzalçısı: Çexiya yığmasına məğlubiyyətin əsas səbəbi təcrübəsizlik oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
