"Qarabağ"ın rəqibinin futbolçusu: "Avropa Liqasında finala vəsiqə qazana bilərik"
sizinxeber.az xəbər saytı

"Qarabağ"ın rəqibinin futbolçusu: "Avropa Liqasında finala vəsiqə qazana bilərik"


UEFA Avropa Liqasında finala vəsiqə qazana bilərik. Bəli, mən belə düşünürəm.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibi olan Rumıniyanın FCSB komandasının futbolçusu Aleksandru Belutse deyib.

31 yaşlı hücumçu hazırda avrokubokda uğurlu çıxış etdiklərini bildirib:

"Güclü tərəflərimiz haqqında fikirləşməliyik. Yəqin ki, bu qədər müsbət nəticələr qazanacağımızı düşünməzdik. Fədakarlıq etdiyimiz üçün yuxarı pillələrdəyik. Digər komandalar qədər təcrübəmiz yox idi. Amma biz bacardıq".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də keçiriləcək. Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: “Qarabağ” - FCSB matçının biletləri bu gün satışa çıxacaq
UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibinin futbolçusu zədə səbəbindən mövsümü başa vurub
UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" matçında 3-cü qol vurulub - YENİLƏNİB - 5
UEFA Avropa Liqası: "Qarabağ" İsveç təmsilçisi ilə qarşılaşacaq
UEFA Avropa Liqası: "Qarabağ" İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər