Ukrayna ordusu Luqanskda kollecə dron zərbəsi endirib: 16 nəfər ölüb, 42 yaralı var - FOTO - YENİLƏNİB-4
sizinxeber.az xəbər saytı

Ukrayna ordusu Luqanskda kollecə dron zərbəsi endirib: 16 nəfər ölüb, 42 yaralı var - FOTO - YENİLƏNİB-4


Ukrayna ordusunun Luqanskdakı Starobilsk kollecinə PUA hücumu nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Starobelsk şəhərindəki kollec yataqxanasının dağıntıları altından daha dörd nəfərin meyiti çıxarılıb, 42 nəfər yaralanıb.

Dağıntılar altında 5 nəfərin qaldığı bildirilir.

***

13.58

Ukrayna ordusunun Luqanskdakı Starobilsk kollecinə PUA hücumu nəticəsində ölənlərin sayı artıb.

Rusiya mediasının xəbərinə görə, ölənlərin sayı 11-ə çatıb.

Məlumata görə, daha 41 nəfər yaralanıb.

Xilasedicilərin itkin düşən 10 tələbənin axtarışlarını davam etdirdiyi bildirilir.

22 may

Ukrayna ordusunun Luqanskdakı Starobilsk kollecinə PUA hücumu nəticəsində ölənlərin sayı artıb.

Rusiya mediasının xəbərinə görə, ölənlərin sayı 6-ya çatıb.

15 nəfərin itkin düşdüyü bildirilir.

***

12:45

Ukrayna Silahlı Qüvvələrinin Luqanskdakı Starobilsk kollecinə PUA hücumu nəticəsində dörd nəfər ölüb.

Rusiya KİV-i xəbər verir ki, Luqanskın yerli hakimiyyət orqanları yaralıların sayının 40-a çatdığını açıqlayıb.

***

11:33

Ukrayna ordusu Luqanskın Starobelsk şəhərində kollecin yataqxanasına dronla zərbə endirib.

TASS-ın xəbərinə görə, yataqxanın bir korpusu dağılıb.

Dağıntılar altında 18 nəfərin qaldığı bildirilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dağıntılar altından bir nəfərin meyitinin çıxarıldığını açıqlayıb.

Dron zərbəsi endirilərkən yataqxanada 14 yaşdan 18 yaşa qədər 86 nəfərin olduğu bildirilib.

Oxşar xəbərlər

Ukrayna ordusu Luqanskda kollecə dron zərbəsi endirib: 11 nəfər ölüb, 41 yaralı var - FOTO - YENİLƏNİB-3
Ukrayna ordusu Luqanskda kollecə dron zərbəsi endirib, 6 nəfər ölüb, 15 nəfər itkin düşüb - YENİLƏNİB-1
Ukrayna ordusu Luqanskda kollecə dron zərbəsi endirib, ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB
Türkiyədə məktəbə silahlı hücum olub, 9 nəfər ölüb, 20 yaralı var - YENİLƏNİB-4
Ukrayna ordusu Luqanskda kollecə dron zərbəsi endirib, bir nəfər ölüb, 18 nəfər dağıntılar alında qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər