Qurban Qurbanov: "Çatışmayan cəhətlərimiz nəzərə çarpırdı"
sizinxeber.az xəbər saytı

Qurban Qurbanov: "Çatışmayan cəhətlərimiz nəzərə çarpırdı"


Çatışmayan cəhətlərimiz nəzərə çarpırdı.

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Şamaxı"ya qalib gəldikləri Misli Premyer Liqasının XIX turunun oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qələbəyə görə futbolçularına təşəkkür edib:

"Çatışmayan cəhətlərimiz nəzərə çarpırdı. Bu gün sürət komandamızda dinamik və baxımlı oyun gözləmək asan deyildi. Çox vacib qalibiyyət əldə etdik. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. "Şamaxı" öz oyununu get-gedə daha da təkmilləşdirir. Rəqib baş məşqçiyə uğurlar arzulayıram. Azarkeşlərimiz belə havada bizə dəstək oldular. Onlara təşəkkür edirəm".

Qeyd edək ki, XIX turun görüşündə "Qarabağ" doğma meydanda "Şamaxı"ya 3:2 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Qurban Qurbanov: "Heyətdə xeyli yerdəyişmələr etmişik"
Kurban Berdıyev: "Futbolçularıma xarakter göstərdiklərinə görə təşəkkür edirəm"
Qurban Qurbanov: "Neftçi" ilə matçda vacib qələbə əldə etdik
Qurban Qurbanov: "Juninyo "Sevilya"dan təklif alanda bu xəbərə çox sevinib"
Qurban Qurbanov: "Neftçi" ilə oyunda vacib qələbə qazandıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər