Qurban Qurbanov: "Juninyo "Sevilya"dan təklif alanda bu xəbərə çox sevinib"
Juninyo "Sevilya"dan təklif alanda bu xəbərə çox sevinib.
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Misli Premyer Liqasının III turundan təxirə salınmış "Şamaxı" oyundan sonra mətbuat konfransında açıqlama verən təcrübəli mütəxəssis Ağdam təmsilçisinin hücumçusu Juninyonun İspaniya təmsilçisi "Sevilya"ya keçidini istisna etməyib:
"Juninyo bu xəbəri eşidəndə çox sevinib. Futbolçuya səmimi davranışına görə təşəkkür edirəm. Onun gedişi hər bir futbolçu kimi bizə problem yarada bilər. Çünki yeni gələnlər uyğunlaşma problemi yaşayırlar. "Sevilya" kimi klubdan təklif gəlməyi xoşdur. Hazırda danışıqlar davam edir. Futbolçularımız artıq Avropa bazarına çıxıb".
Təcrübəli mütəxəssis "Şamaxı"ya qalib gəldikləri görüş barəsində də danışıb:
"Hər oyunumuz gərgin mübarizə şəraitində keçir. Çalışırdıq ki, ilin sonuna yaxın futbolçularımız zədələnməsin. Təəssüf ki, bunun əksi oldu və bir neçə oyunçumuz sıradan çıxdı. Buna baxmayaraq, "Şamaxı"ya qalib gəldik və liderliyimizi möhkəmləndirdik".
Qeyd edək ki, III turun görüşündə "Qarabağ" səfərdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
KİV: "Sevilya" "Qarabağ"ın futbolçusu ilə maraqlanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sevilya" "Qarabağ"ın hücumçusunun transferini yekunlaşdırmağa yaxındır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Qarabağ"ın oyunlarında hakimlər niyə bu cür davranır anlaya bilmirəm" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Neftçi" ilə oyunda vacib qələbə qazandıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: "Neftçi" ilə oyunda vacib qələbə qazandıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












