"Qarabağ"ın rəqibinin daha bir futbolçusu zədələnib
"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan Rumıniyanın FCSB klubunun futbolçusu Vlad Kirikeş zədələnib.
"Report" xəbər verir ki, bu barədə ölkənin "Gsp.ro" nəşri məlumat yayıb.
Əzələsində problem aşkarlanan 35 yaşlı müdafiəçi komandanın Antalyadakı təlim-məşq toplanışını erkən tərk edib və müalicə üçün Serbiyanın paytaxtı Belqrada yollanıb. Rumıniyalı oyunçunun Azərbaycan çempionu ilə matçda iştirakı sual altındadır.
Daha əvvəl yarımmüdafiəçi Darius Olarunun sol çiynindən xəsarət aldığı üçün iki ay yaşıl meydanlardan kənarda qaldığı bəlli olub.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.
Oxşar xəbərlər
"Qarabağ"ın rəqibinin futbolçusu: "Avropa Liqasında finala vəsiqə qazana bilərik"
UEFA Avropa Liqası: “Qarabağ” - FCSB matçının biletləri bu gün satışa çıxacaq
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi yeni futbolçu transfer edib
UEFA Avropa Liqası: "Qarabağ" İsveç klubuna məğlub olub - YENİLƏNİB - 6
UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" matçında 3-cü qol vurulub - YENİLƏNİB - 5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
