AFFA İcraiyyə Komitəsinin üzvü: "Santuş Azərbaycanda potensiallı futbolçuların olduğunu söylədi"
Fernandu Santuş Azərbaycanda postensiallı futbolçuların olduğunu söylədi.
Bunu "Sizinxeber.az"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov deyib.
O, İcraiyyə Komitəsinin dünən gerçəkləşən iclasında millinin baş məşqçisi Fernandu Santuşun hesabatına toxunub:
"İlk olaraq hesabatı dinlənildi, gördüyü işlər haqqında məlumat verdi. Baş məşqçi əlində 34 nəfərlik siyahının olduğunu və buna əsasən oyunçuları yığmaya cəlb edəcəyini bildirdi. Yaxşıları və güclüləri seçəcəyini söylədi. O da yaxşı komanda yaratmaq istəyir. Santuş dedi ki, potensiallı oyunçular var və onları tapıb üzə çıxartmaq lazımdır. Azərbaycanı tanıdığını və daha əvvəl Portuqaliya yığmasında işlədiyi dönəmdə komandamıza qarşı mübarizə apardıqlarını xatırlatdı. Qarşıdakı vaxtlarda nəticələrin yaxşı olacağını sözlərinə əlavə etdi".
Oxşar xəbərlər
Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək
Sərxan Hacıyev: AFFA-nın strategiyasının yazılmasında Fernandu Santuşun da qeydləri nəzərə alınacaq
"Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib - EKSKLÜZİV
Fernandu Santuş: "Slovakiyaya məğlubiyyəti biabırçı adlandırmazdım"
Fernandu Santuş: "Hər oyuna qələbə istəyi ilə çıxırıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













