"Abşeron"un baş məşqçisi: "İlk dövrənin son matçından sonra intensiv və faydalı məşq prosesimiz oldu"
sizinxeber.az xəbər saytı

"Abşeron"un baş məşqçisi: "İlk dövrənin son matçından sonra intensiv və faydalı məşq prosesimiz oldu"


İlk dövrənin son matçından sonra intensiv və faydalı məşq prosesimiz oldu.

"Report" xəbər verir ki, bunu "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker deyib.

Klubun mətbuat xidmətinə açıqlama verən türkiyəli mütəxəssis NTD-yə qarşı keçirəcəkləri Azərbaycan Basketbol Liqasının VII turunun oyunu barədə danışıb:

"Komandanın son durumunu yaxşı dəyərləndirmək olar. İlk dövrənin son matçından sonra intensiv və faydalı məşq prosesimiz oldu. "NTD" ilə aramızda çox fərq yoxdur. 1 qələbə onlardan artıq qazanmışıq. Onların da bizim kimi son anlarda uduzduqları görüşlər oldu. NTD yaxşı komandadır və bizimlə oyuna çox ciddi hazırlaşırlar. İkinci dövrəyə qələbə ilə başlamaq istəyəcəklər. Matçın son anına qədər mübarizə dolu oyun olacaq".

Qeyd edək ki, "Abşeron" - NTD oyunu dekabrın 13-də, saat 15:00-da baş tutacaq.

Oxşar xəbərlər

"Abşeron"un baş məşqçisi: "Neftçi" ilə oyuna çox yaxşı hazırlaşmışdıq"
"Abşeron"un baş məşqçisi: "Təəssüf ki, bugünkü məğlubiyyət çox acı idi"
"Sərhədçi"nin baş məşqçisi komandanın hazırlığını dəyərləndirib
"Naxçıvan"ın baş məşqçisi: "Rəqibimiz bu gün bizi yaxşı təhlil etmişdi"
“Sərhədçi”nin amerikalı basketbolçusu: “Qarşısıalınmaz olacağımıza əminəm”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər