"Sivasspor"la oyunda ağır zədələnən Barış Alperin və Osimhenin vəziyyəti açıqlanıb
Türkiyə Super Liqasının XV turunda "Qalatasaray"ın "Sivasspor"la qarşılaşdığı matçda Viktor Osimhen və Barış Alper Yılmaz zədələnib.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" iki futbolçunun sağlamlıq durumu ilə bağlı açıqlama yayıb.
Viktor Osimhenin sağ ayağındakı əzələsində gərilmə və qanaxma aşkarlanıb.
Həmin qarşılaşmada zədə alan Barış Alperin sol dizinin yan bağlarında dartılma, orta dərəcəli gərilmə müəyyən edilib. Bundan əlavə, onun ayaq biləyinin daxili yan bağında gərilmə, qanaxma, bilək sümüklərində ödəm (mayenin həddindən artıq yığılması) aşkar olunub.
Barış Alper Yılmazın təxminən 3 həftə meydanlardan uzaq qalacağı gözlənilir. Milli futbolçunun ödəm vəziyyətindən asılı olaraq meydana qayıtması 1 ay çəkə bilər.
Viktor Osimhen isə təxminən 2 həftə oynaya bilməyəcək.
Qeyd edək ki, hər iki futbolçunun müalicəsinə başlanılıb.
Oxşar xəbərlər
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı açıqlama yayıb
“Eyüpspor”la oyunda zədələnən Abdulkerim Bardakçı 1 ay yaşıl meydanlardan kənarda qalacaq
İstanbul derbisində “Qalatasaray” sevindi
"Qalatasaray" ÇL matçına ciddi itkilərlə çıxacaq
Türkiyə Super Liqası: "Qalatasaray" "Konyaspor"u səfərdə məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
