Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlir
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi komanda yoldaşları - Luis Suares, Serxio Buskets və Jordi Alba ilə birlikdə Bakıya gəlir.
"Sizinxeber.az" xəbər verir ki, dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu - dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaqlar.
İştirakçılar futbol ulduzları ilə birlikdə maraqlı, unudulmaz anlar yaşayacaq, Messinin futbol həyatını və mübarizəsini əks etdirən filmi izləyəcəklər. Filmdə izləyicilərə futbol ulduzunun həyatı və karyerası ilə bağlı unikal anlar təqdim ediləcək.
Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu çıxış edəcəklər. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.
Tədbir yalnız futbolsevərlər üçün deyil, həm də musiqi və mədəniyyət həvəskarları üçün unudulmaz anlar vəd edir. Bu, hər kəs üçün unikal təcrübə olacaq.
Biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
Biletlərin satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.
Oxşar xəbərlər
Messi və komanda yoldaşları Bakıya gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lionel Messi və komanda yoldaşları Bakıya gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lionel Messi "All-Star" oyununu buraxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lionel Messi "İnter Mayami" ilə müqaviləni yeniləməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Barselona"nın sabiq üzvü Messinin çıxış etdiyi klubun baş məşqçisi təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












