AFFA-nın təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kurslarına start verilib
sizinxeber.az xəbər saytı

AFFA-nın təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kurslarına start verilib


AFFA-nın təşkilatçılığı, “Xudat City” Futbol Akademiyasının dəstəyi ilə D kateqoriyalı məşqçi kurslarına start verilib.

"Sizinxeber.az"un qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, Xaçmaz rayonu, Xudat şəhərində təşkil edilən kursa 25 nəfər cəlb olunub.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə, Dəyanət Əliyev və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumatlar verilib.

Qeyd edək ki, kurs 3 gün davam edəcək.

Oxşar xəbərlər

UEFA-nın dəstəyi ilə Ağcabədidə məşqçi kurslarına start verilib
AFFA PRO kateqoriyalı kurs təşkil edəcək
AFFA-da UEFA-nın B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib
AFFA tərəfindən B və C kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək
AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçiləri üçün kurs başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər