“Real” “Leqanes”i darmadağın edib və “Barselona” ilə arasındakı fərqi azaldıb
“Real Madrid” İspaniya La Liqasının 14-cü turunda səfərdə “Leqanes”i darmadağın edib və “Barselona” ilə arasındakı fərqi azaldıb.
“Sizinxeber.az” xəbər verir ki, Leqanesdəki “Munisipal de Butarke” stadionunda keçirilən qarşılaşmanı Xavyer Alberola Roxas idarə edib.
43-cü dəqiqədə “Real Madrid”in hücumçusu Kilian Mbappe hesabı açıb. 66-cı dəqiqədə yarımmüdafiəçi Federiko Valverde “kral klubu”nun üstünlüyünü artırıb. Oyunda son nəticəni 86-cı dəqiqədə yarımmüdafiəçi Cud Bellinqem müəyyənləşdirib – 3:0.
13 oyundan sonra “Real Madrid” La Liqa turnir cədvəlində 30 xalla ikinci yerdədir. “Leqanes” 14 oyundan sonra 14 xalla 14-cü yerdədir. İspaniya çempionatının turnir cədvəlinə 34 xalla Kataloniya təmsilçisi “Barselona” başçılıq edir.
Oxşar xəbərlər
La Liqa: “Real” səfərdə “Selta”dan üstün olub
La Liqa: “Barselona” “Vilyarreal”ı darmadağın edib
La Liqada “El Klasiko”nun qalibi müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
