Tanınmış türkiyəli mütəxəssis Fatih Terim Bakıya gəlib
sizinxeber.az xəbər saytı

Tanınmış türkiyəli mütəxəssis Fatih Terim Bakıya gəlib


Tanınmış türkiyəli mütəxəssis Fatih Terim “Qarabağ”ın dəvəti ilə Bakıya gəlib.

"Report" xəbər verir ki, fəxri qonaq Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində "Qarabağ"ın təşəbbüsü ilə təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.

Qeyd edək ki, “Qarabağ”, həmçinin “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (Madrid), “Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da, saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.

Oxşar xəbərlər

Türkiyəli məşhur mütəxəssis Fatih Terim Bakıya gələcək
UEFA Avropa Liqası: Bu gün "Qarabağ"ın rəqibləri bəlli olacaq
Avropa Liqası: "Qarabağ" püşkatmada 2-ci və ya 3-cü səbətdə yer alacaq
COP29 Əməliyyat Şirkəti: Bakı Olimpiya Stadionunda "Mavi Zona"nın 95 %-i tamamlanıb
UEFA Avropa Liqası: “Qarabağ” və “Qalatasaray”dan qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle