Cavid Hüseynov: "Səbail"ə baş məşqçi təyin olunduğum üçün xoşbəxtəm"
sizinxeber.az xəbər saytı

Cavid Hüseynov: "Səbail"ə baş məşqçi təyin olunduğum üçün xoşbəxtəm"


Bu kluba baş məşqçi təyin olunduğum üçün xoşbəxtəm.

"Sizinxeber.az"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi təyin olunan Cavid Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O, təyinatı ilə bağlı danışıb:

"Səbail" kimi kollektivdə fəaliyyət göstərmək və bu klubun uğurları üçün çalışmaq hər bir məşqçinin arzusudur. Buraya gəldiyim üçün xoşbəxtəm".

Azərbaycan millisinin sabiq futbolçusu komandanın qarşısına qoyulan hədəflərdən bəhs edib:

"Reallıq odur ki, komandamızın turnir cədvəlində yer aldığı mövqe ürəkaçan deyil. Bu səbəbdən əsas məqsəd Premyer Liqadakı yerimizi qorumaq olacaq. Düşünürəm ki, mübariz kollektiv sayəsində bu çətin missiyanın öhtəsindən gələcəyik".

C.Hüseynov "Səbail"in heyətində yer alan futbolçuların yüksək potensiala malik olduqlarını bildirib:

"Mənə bu klubda işləməklə bağlı təklif gələndə bəzi şəxslərlə söhbətləşdim. Həqiqətən gördüm ki, komandada istedadlı oyunçular çoxluq təşkil edir. "Turan Tovuz"da köməkçi məşqçi kimi çalışanda rəqib olaraq "Səbail"i təhlil edəndə də potensialın yüksək olduğunu hiss edirdim".

Qeyd edək ki, gənc mütəxəssis paytaxt təmsilçisi ilə yollarını ayıran Şahin Diniyevi əvəzləyib. "Dənizçilər" C.Hüseynovla 2025/2026 mövsümünün sonunadək müqavilə imzalayıb.

Oxşar xəbərlər

Cavid Hüseynov "Səbail"in baş məşqçi postuna təyin olunub
Cavid Hüseynov "Səbal"in baş məşqçi postuna təyin olunub
Yunis Hüseynov: “Kurban Berdıyevin yanında çalışmaq hər bir məşqçinin arzusudur”
“Səbail”in kapitanı: “Məğlubiyyətlərdə futbolçuların da günahı var”
Azərbaycan millisinin sabiq futbolçusu: Artıq karyeramı başa vurmağın vaxtı çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər