UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu Macarıstanda qəbul edəcək
sizinxeber.az xəbər saytı

UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu Macarıstanda qəbul edəcək


Türkiyənin "Beşiktaş" komandası UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda İsrail təmsilçisi "Makkabi"ni (Təl-Əviv) Macarıstanda qəbul edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Yaxın Şərqdə baş verən hadisələri nəzərə alan UEFA təhlükəsizlik məsələlərini əsas gətirərək oyunun neytral şəhərdə - Debreçendə keçirilməsinə razılıq verib.

Qeyd edək ki, azarkeşlərin buraxılmayacağı "Beşiktaş" - "Makkabi" matçı noyabrın 28-də keçiriləcək.

Oxşar xəbərlər

AFFA "Beşiktaş" - "Makkabi" matçının Bakıda təşkil olunma ehtimalına münasibət bildirib
UEFA Avropa Liqası: Liqa mərhələsinin I turuna 9 oyunla yekun vurulacaq
UEFA Avropa Liqası: Liqa mərhələsinin I turunda daha 8 oyun keçirilib
Avropa Liqası: "Lion" rəhbərliyi "Beşiktaş" azarkeşlərini stadiona buraxmayacaq
"Beşiktaş" UEFA Avropa Liqasında qələbə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər