Avropa Liqası: "Lion" rəhbərliyi "Beşiktaş" azarkeşlərini stadiona buraxmayacaq
sizinxeber.az xəbər saytı

Avropa Liqası: "Lion" rəhbərliyi "Beşiktaş" azarkeşlərini stadiona buraxmayacaq


UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda Türkiyənin "Beşiktaş" klubunu qəbul edəcək Fransanın "Lion" kollektivi qonaq komandanın azarkeşlərinin stadiona girişini qadağan edəcək.

"Report" xəbər verir ki, meydan sahibləri 7 il əvvəl baş vermiş insident və digər qayda pozuntularının təkrarlanmasının qarşısını almaq məqsədi ilə bu addımı atıb.

2017-ci ildə Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Lion”un “Beşiktaş”ı qəbul etdiyi qarşılaşmada türkiyəli azarkeşlər tribunaların yuxarı mərtəbələrindən stadiona tərəf fişənglər atıblar. Bu səbəbdən matç başlamalı olduğu vaxtdan gec start götürüb.

Qeyd edək ki, "Lion" Avropa Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ"la qarşılaşacaq. Noyabrın 28-də keçiriləcək matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: Liqa mərhələsinin I turunda daha 8 oyun keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası: Liqa mərhələsinin I turuna 9 oyunla yekun vurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası: "Qarabağ" İsveç təmsilçisi ilə qarşılaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası: Liqa mərhələsinin ikinci oyun gününün ən yaxşı qolu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası: "Qarabağ" - "Malmö" matçında hesab bərabərləşib - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər